Azərbaycan millisinin 1/8 finaldakı rəqibi bəlli oldu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində minifutbol üzrə Avropa çempionatı davam edir.
Aut.az xəbər verir ki, bu gün 1/8 finalın oyunları keçiriləcək.
Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv qalib gələrsə, 1/4 finalda Qazaxıstan-Sloveniya cütünün qalibi ilə oynayacaq.
19:30 Azərbaycan – Bolqarıstan
Azərbaycan qrup mərhələsində Belçika (3:0), İtaliya (2:1) və Fransaya (3:1) qalib gəlib.
