Azərbaycan futbolu

“Səbail”dən yeni transfer – RƏSMİ

“Turan Tovuz”dan ayrılan Fərid Nəbiyevin yeni komandası bəlli olub.

Aut.az xəbər verir ki, o, “Səbail”lə anlaşıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Turan Tovuz”da keçirən 24 yaşlı futbolçu karyerası ərzində “Slavia”(Praqa) (Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) , “Kəpəz” klublarında çıxış edib.