Almaniyada biabırçı irqçi sorğu: Naqelsmann qəzəbləndi
Yulian Naqelsmann alman azarkeşlər arasında keçirilən son sorğuya görə qəzəblənib.
Aut.az xəbər verir ki, ARD-nin sorğusuna görə, almanların 21%-i yığmada daha çox ağdərili futbolçu görmək istəyir.
“Dünən Coşua Kimmix bu suala çox ağıllı cavab verdi. Bu mənə sadəcə dəlili kimi görünür. Yayımçıların belə suallar verməsi məni şoka salır.
Mən də hesab edirəm ki, bu irqçilikdir. Avropada qaçqın vəziyyətinə düşmüş insanlar var. Almaniya bunu çox yaxşı idarə edir. Belə suallar verməklə siz bu faktı görməzdən gəlirsiniz.
Hamımız başqa mədəniyyətlərlə tanış olmaq üçün tətilə gedirik. Sonra başqa mədəniyyətlərdən olan insanlar bura gələndə şikayətlənirik? Mənə bu qəribə gəlir.
Biz ölkənin bütün sakinləri üçün Avropa çempionatı keçiririk. Ümid edirəm ki, bir daha belə çirkin sorğular haqqında oxumayaca”am”, – Naqelsmann deyib.
Aut.az
