Çempionlar Liqası

“Real” ÇL-i hələ belə qazanmamışdı

UEFA Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edən “Real” klub tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Aut.az xəbər verir ki, Madrid klubu ilk dəfə turniri heç bir matçda uduzmadan qazanıb: 10 qələbə və 3 heç-heçə. Buna qədər komanda ÇL-dəki ən azı bir görüşündə məğlub olaraq titul qazanmışdı.

Karlo Ançelottinin komandası turnir ərzində 28 qol vurub və 15 dəfə topu tordan çıxarıb. “Real” yalnız 4 görüşdə qapısını təmiz saxlaya bilib.

Aut.az