Azərbaycan futbolu

“Neftiçi” özünə “Rahat” sponsor tapdı – Nə qədər qazanacaq?

“Neftçi” özünə yeni sponsor tapıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” “Rahat” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq edəcək. Yaxın günlərdə tərəflər əməkdaşlığı elan edəcəklər.

İmzalanacaq müqavilənin detalları bəlli olmasa da, “Neftçi”nin yeni sponsordan bir mövsüm üçün qazancı 1 milyon manat olacaq.

Qeyd edək ki, “Rahat” supermarketlər şəbəkəsinin rəhbəri Adnan Əhmədzadədir. O, son zamanlar “İnter Mayami”nin və Argentina millisinin futbolçusu Lionel Messi ilə dostluq münasibətləri ilə gündəmə gəlir. Bundan əlavə, o, “Barselona”nın prezidenti Xuan Laporta ilə yaxın münasibətdədir.

Aut.az