Azərbaycan futboluSeçmə

Erkin İbrahimov da “Neftçi”yə gətirilir – Kimi əvəz edəcək?

“Neftçi” ciddi dəyişiklik astanasandadır. Bu gün icraçı-direktor Fərrux Mahmudov ilə vidalaşan “ağ-qaralar”da təmizləmə prosesi davam edəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, klubun Müşahidə Şurasının yeni rəhbərliyinin təqdimatı olmasa da, fəaliyyətə başlayıb. Artıq yeni sədr “Neftçi”yə yeni kadrlar cəlb etmək istəyir. Bu yöndə addımlar atılır, bəzi şəxslərlə danışıqlar aparılır.

“Ağ-qaralar” komandanın transfer məsələlərini yeni şəxsə tapşırmaq istəyir. Bu, tanınmış menecer Erkin İbrahimovdur. O, paytaxt klubunda həmkarı Kamil Məmmədovu əvəz edəcək. Sabiq idman jurnalisti ilə artıq görüş keçirilib. Təfərrüatlar məlum olmasa da, prosesin müsbət yöndə getdiyi bildirilir.

İdman üzrə müşavir vəzifəsini icra edən Məmmədov ötən mövsüm baş tutan bütün transferləri reallaşdırıb. Ancaq onun gətirdiyi futbolçuların əksəriyyəti özünü doğrultmayıb. Bundan başqa həmin oyunçulara görə yüksək məvaciblər, transfer pulu və agent haqqı ödənilib. Nəticə isə göz önündədir. Şura buna görə Fərrux Mahmudov kimi Məmmədovdan da xilas olmaq qərarına gəlib.

Aut.az