“Yuve” ilk təklifi göndərdi: 40 milyon və…
“Yuventus” niderlandlı yarımmüdafiəçii Teun Koepmainersin transferi ilə bağlı “Atalanta”ya ilk təklifi edib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Daniele Lonqo məlumat yayıb.
Onun sözlərinə görə, “Yuventus” 40 milyon avro və 5 milyon bonus təklif edib. “Atalanta” 26 yaşlı yarımmüdafiəçi üçün 60 milyon tələb edir.
“Yuventus” öz oyunçularından birini müqaviləyə daxil etməklə qiyməti aşağı salmağa çalışacaq. Ən çox ehtimal olunan namizəd bu mövsümün ikinci yarısını icarə əsasında “Roma”da keçirmiş 19 yaşlı mərkəz müdafiəçisi Din Huysendir.
Aut.az
