İspaniya

“Barselona” yeni baş məşqçisini rəsmən açıqladı

Hansi Flik rəsmən “Barselona”nın baş məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı almaniyalı mütəxəssislə imzalanan müqavilənin müddəti 2026-cı il iyunun 30-a kimidir.

Flik 2023-cü ilin sentyabrında Almaniya millisindən ayrıldıqdan sonra işsizdir. O, 2019-2021-ci illərdə “Bavariya”nı çalışdırıb.