Argentina yığmasında qalmaqal: 3 futbolçu düşərgəni tərk etdi
Argentinanın qadın millisinin 3 futbolçu qeyri-münasib iş şəraitinə görə yığmanın düşərgəsini tərk edib.
Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, qapıçı Laurina Oliveyros, müdafiəçi Culieta Kruz və yarımmüdafiəçi Lorena Benites Kosta-Rika ilə yoldaşlıq oyunları öncəsi Argentina millisindən ayrıldıqlarını açıqlayıb. Futbolçular qərarlarını az maaş və toplanışdakı şəraitin pis olması ilə izah ediblər.
İdmançıların sözlərinə görə, milli komandanın məşqi zamanı yüksək səviyyəli idmançıların pəhrizinə uyğun gəlməyən banan və vetçina və pendirli sendviç veriblər. Bundan əlavə, qadın futbolçuların ailə üzvlərindən stadiona giriş üçün 5000 peso (təxminən 5 dollar) ödəmələri istənilib, qadın idmançıların özləri isə Buenos-Ayresdə keçiriləcək qarşıdakı yoldaşlıq görüşləri üçün ödəniş almayacaqlar.
“Biz haqsızlıqdan, dəyər verilməməkdən və daha da pisi, alçaldılmaqdan bezmişik. Argentina qadın komandasında təkmilləşdirmələrə ehtiyacımız var və mən təkcə maliyyədən danışmıram. Mən məşq, nahar, səhər yeməyi haqqında danışıram”, – Kruz sosial şəbəkələrdə yazıb.
Futbolçuları ötən il Argentina millisində karyerasını bitirən “Atletiko”nun yarımmüdafiəçisi Estefaniya Banini dəstəkləyib.
“Bu, zaman məsələsidir. Bu barədə danışmaq qərarına gəldiyiniz üçün təşəkkür edirəm”, – Banini yazıb.
Aut.az
