Azərbaycan futbolu

AFFA üç futbolçunu 4, bir məşqçini 3 oyunluq cəzalandırdı

U-17 Liqasında baş tutan “Araz-Naxçıvan” – “Zirə” matçında meydan sahiblərinin heyətində bir, qonaqlardan isə 2 futbolçu qırmızı vərəqə ilə meydandan qovulduğu üçün AFFA İcraiyyə Komitəsi tərəfindən 4, bir məşqçi isə 3 oyunluq diskvalifikasiya olunub.

Aut.az xəbər verir ki, “Araz-Naxçıvan”dan Mehman Ağakişiyev, qonaqlardan isə Cavanşir Qasımov və Gülağa Mirzəyev təcavüzkar davranışa görə 4 oyunluq cəzaya məruz qalıblar.

U-14 Liqasında isə “Qəbələ” – “Azart” matçı bitdikdən sonra qonaq komandanın baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.