Azərbaycan boksçusu Tailandda növbəti qələbəsini qazanıb
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində növbəti döyüşünə çıxıb.
Aut.az xəbər verir ki,, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.
Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək.
Bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.
