Azərbaycan futbolu

Millimizin heyəti açıqlandı

İyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seleksiya xarakterli oyunlardan sonra U-19-a cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər.

Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

  1. Sadiq Məmmədzadə – Səbail
  2. Nicat Qaragözlü – Neftçi
  3. Murad Ağamalıyev – Sumqayıt
  4. Hüseyn Hüseynov – Turan Tovuz
  5. Nihad Əliyev – Qarabağ
  6. Kənan Feyziyev – Sumqayıt
  7. Rəvan Qaraəhmədov – Zirə
  8. Nadir Orucov – Sumqayıt
  9. Vüsal Paşayev – Sumqayıt
  10. Surxay Nəbiyev – Neftçi
  11. Emil Bünyadzadə – Qarabağ
  12. Elgün Dünyamalıyev – Sabah
  13. İlkin Cəfərli – Sabah
  14. İlkin Budaqov – Qəbələ
  15. Qədir Ramazanov – Qəbələ
  16. Şahin İbrahimov – Sabah
  17. Sənan Muradlı – Sumqayıt
  18. Əşrəf Ələkbərli – Qarabağ
  19. Murad Məmmədov – Neftçi
  20. Elton Mikayılov – Qarabağ
  21. Raul Zeynallı – Səbail
  22. Nihad Əhmədzadə – Sumqayıt
  23. Niyazi Osmanov – Sabah
  24. Toğrul Tapdıqlı – Sumqayıt