Ukrayna DÇ-2030-u qəbul edəcək? – Ümid sonda ölür
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko ölkəsinin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək şansının olub-olmadığı ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, funksioner bu sözləri deyib:
“Ümid ən sonda ölür. Hazırda belə plan yoxdur. Səbəbini hamımız başa düşürük. İndiyə qədər Ukraynanın müraciətçilər sırasında qaytarılması ilə bağlı heç bir söhbət olmayıb. Bu barədə mənimlə heç kim əlaqə saxlamayıb”.
Xatırladaq ki, 2030-cu il dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. İkin olaraq Afrika ölkəsi əvəzinə Ukraynanın adı siyahıda olub.
Aut.az
