Avropa Liqasının bombardirləri: “Qarabağ”lı da var – FOTO
Mayın 22-də “Atalanta” və “Bayer” arasında Avropa Liqasının final oyunu keçirilib. Oyun 3:0 hesabı ilə İtaliya komandasının xeyrinə başa çatıb.
Aut.az xəbər verir ki, turnirin bombardiri Fransa “Marsel”inin hücumçusu Pyer-Emerik Obameyanq olub. Qabonlunun aktivində 10 qol və 3 məhsuldar ötürmə var.
İkinci yerdə “Roma”dan Romelu Lukaku (7 qol və 1 məhsuldar ötürmə) qərarlaşıb, ilk üçlüyü isə “Atalanta”dan Canluka Skamakka (6 qol və 1 məhsuldar ötürmə) qapayır.
“Qarabağ”ın hücumçusu Juninyo 5 qol, 1 məhsuldar ötürmə ilə 7-ci pillədə qərarlaşıb.

Aut.az
