Neymarla bağlı bədbin proqnoz
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Xorxe Jesus Neymarın meydanlara nə vaxt qayıdacağı haqda danışıb.
Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis çarpaz bağları qopan ulduz futbolçunun reabilitasiya müddəti ilə bağlı sualı cavablandırıb:
“Hazırda bildiyim tək şey odur ki, Neymarın sağalması və ümumiyyətlə, bu cür zədə üçün tələb olunan vaxt 10-11 aydır.
Hesablasaq, görərik ki, o, mövsümöncəsi məşqlərə belə hazır olmayacaq”.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin düşərgəsində zədələnmişdi.
