Dünya futbolu

Murad Musayev “Krasnodar”da qalacaq?

“Krasnodar” Murad Musayevə tam müqavilə təklif etməyə hazırdır.

Aut.az xəbər verir ki, “Sabah”ın sabiq baş məşqçisinin “qara-yaşıllar”la hazırkı müqaviləsi 2023/2024 mövsümünün sonuna kimi qüvvədədir.

“RB Sport” mənbəsinə istinadən bildirib ki, “Krasnodar” rəhbərliyi Musayevə uzatma opsiyası ilə iki illik müqavilə təklif edəcək. Mövsümün sonunda tərəflər bütün detalları müzakirə edəcəklər. Hazırda sövdələşmə hələ bağlanmayıb.

Xatırladaq ki, Musayev 2024-cü ilin martında Vladimir İviçin istefasından sonra yenidən “Krasnodar”a rəhbərlik edib. Rusiya Premyer Liqasının 2023/2024 mövsümünün 29 turundan sonra “öküzlər” lider “Dinamo”dan üç xal geri qalaraq turnir cədvəlində üçüncü yeri tutur. 30-cu turun matçında Murad Musayevin yetirmələri “ağ-göylər”lə qarşılaşacaq.

Aut.az