Minifutbol üzrə dünya çempionatı Bakıda keçiriləcək
Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.
Aut.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının bununla bağlı müraciəti müsbət cavablandırılıb. Bu barədə federasiyanın prezidenti Orxan Məmmədov “Bakı-2025” tədbirində bildirib.
Hazırda yarışın təqdimat mərasimi təşkil edilir.
