Azərbaycan futbolu

Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyunları ləğv edilib.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Gürcüstan yığmasının Azərbaycana səfər edə bilməməsi səbəb olub.

Azərbaycan milli komandası hazırlıq prosesini mayın 21-dək davam etdirəcək.

Qarşılaşmalar mayın 18-i və 21-də baş tutmalı idi.