“Qarabağ” Türkiyəyə yollandı
“Qarabağ”ın U-9 və U-14 komandaları Türkiyəyə yollanıb.
Aut.az xəbər verir ki, səfərin məqsədi Antalya keçiriləcək “Junior World Cup” turnirində iştirak etməkdir. Yarış mayın 17-dən 20-dək davam edəcək. Turnirdə 24 ölkənin komandaları mübarizə aparacaq.
İştirakçılar sırasında “Qarabağ”la yanaşı “Antalyaspor”, “Borussiya” (Dortmund), “Qalatasaray”, “Atletiko”, “İnter”, “Marsel”, “Milan”, “Benfika” və “Beşiktaş” kimi nüfuzlu klublar da olacaq.
Qeyd edək ki, “Qarabağ”ın U-14 komandası martda Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin qalibi olub.

