De Bruyne Fabreqasın rekordunu təkrarladı
İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınmış matçda “Mançester Siti” “Tottenhem”i məğlub edib – 2:0.
Aut.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bruyne ilk qolda Erlinq Haalada assistentlik edib. Bununla o, cari İngiltərə çempionatında 10 məhsuldar ötürmə həddinə çatıb.
“Opta”nın məlumatına görə, 32 yaşlı futbolçu 6 Premyer Liqa mövsümündə ən azı 10 məhsuldar ötürmə edib. Kevin “Arsenal” və “Çelsi”də çıxış etmiş Sesk Fabreqasın sahib olduğu turnir rekordunu təkrarlayıb.
Aut.az
