Ramos bu klubla danışıqlar aparır
“Sevilya”nın mərkəz müdafiəçisi Serxio Ramos karyerasını ABŞ-da davam etdirə bilər.
Aut.az xəbər verir ki, 38 yaşlı veteran futbolçunun İspaniya klubu müqaviləsi iyunun sonunda başa çatır. Ona görə də Ramos digər klublarla sərbəst danışıqlar apara bilər.
“The Athletic”in məlumatına görə, İspaniya millisinin sabiq kapitanının xidmətində yeni mövsümdən MLS-də çıxış edəcək “San Dieqo” maraqlıdır. Şərtlər hələ razılaşdırılmasa da, lakin danışıqlar sürətlə gedir.
Xatırladaq ki, Serxio Ramos ötən ilin sentyabrında “Sevilya”ya qayıtmışdı. O, əvvəllər heç vaxt Avropadan kənarda oynamayıb.
“San Dieqo” klubu isə 2023-cü ilin mayında yaradılıb.
Aut.az
