Maestro, musiqi: Ançelotti onunla belə rəqs etdi – VİDEO
“Real” 36-cı La Liqa çempionluğunu ötən gün Madriddə keçirilən möhtəşəm paradla qeyd edib.
Aut.az xəbər verir ki, bayramın son nöqtəsi “kral klubu”nun ənənəvi olaraq çempionluğu qeyd etdiyi Sibeles fəvvarəsinin yerləşdiyi meydan olub.
Ançelotti toplaşan azarkeşlərə müraciət edib. Don Karlo onlara dəstəyə görə təşəkkür edib və nitqini arzusu ilə bitirib: “Bir arzum var: Eduard Kamavinqa ilə rəqs etmək istəyirəm. Maestro, musiqi”!
Fransız futbolçu gülə-gülə italyan məşqçinin yanına gedib və meydanda musiqi səslənən kimi rəqs etməyə başlayıb. Tezliklə bütün komanda onlara qoşulub. Futbolçular və məşqçilər heyəti rəqs zamanı Sibeles fəvvarəsi ətrafında dövrə vurublar.
