Boks

Tayson döyüşə belə hazırlaşır: Görün iki həftədir nələrdən imtina edib

Qarşıda bütün boks həvəskarlarının səbirsizliklə gözlədiyi möhtəşəm döyüş var. Mayk Tayson iyulda Cak Paul ilə qarşılaşacaq və o, döyüşə çox ciddi yanaşır.

Aut.az xəbər verir ki, məşhur boksçu ən yaxşı formada olmaq üçün nələrdən imtina etdiyini açıqlayıb.

“İndi mən daha intizamlı həyat sürürəm. Altı həftədir ki, marixuana çəkmirəm və həm də cinsi əlaqədə olmuram”, – əfsanəvi boksçu deyib.

İyulun 20-də Cak Pol və Mayk Tayson Texasda görüşəcəklər. Hər iki boksçu döyüşə ciddi hazırlaşır və sosial şəbəkələrdə öz gedişləri və hazırkı forması haqqında məlumat paylaşırlar.

Aut.az