Dünya futbolu

Ronaldo bu mövsüm də titulsuz qaldı

“Əl-Hilal” 2023/24 mövsümü üçün Səudiyyə Ərəbistanı çempionu olub.

Aut.az xəbər verir ki, 31-ci tur matçında lider doğma meydanda “Əl-Hazem”ə 4:1 hesabı ilə qalib gəlib.

“Əl-Hilal” 89 xal toplayıb və Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu üçün artıq əlçatmazdır. Portuqaliyalı ulduzun komandası ardıcıl ikinci dəfə Səudiyyə Ərəbistanı Liqasında ikinci olub.

“Əl-Hilal” 19-cu titulunu qazanıb və hamıdan çox çempionluq əldə edib.

Aut.az