“Reala”a ultimatum verdi: Müqaviləni bir şərtlə uzadacaq
“Real Madrid”in ukraynalı qapıçısı Andrey Luninin “Los Blancos”la 2025-ci ilə qədər müqaviləsi var.
Aut.az xəbər verir ki, Madrid mətbuatının yazdığına görə, “kral klubu”nun rəhbərliyi qapıçı ilə müqaviləni uzatmaq istəyir. Amma Lunin hələ ki, bundan imtina edir.
Qeyd olunur ki, Lunin Çempionlar Liqasının finalında “Borussiya”ya qarşı oynayacağını gözləyir və kluba ultimatum verib: bu matça start heyətdə başlasa, zadacaq.
Lunin bu mövsüm “Real”ın heyətində 30 oyun keçirib, 28 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.
Aut.az
