Digər

İkiqat dünya çempionu karyerasını bitirdi

İkiqat dünya çempionu, yaponiyalı fiqurlu konkisürən Şoma Uno karyerasını bitirib.

Aut.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Hamıya salam! Karyeramı bitirmək qərarına gəldim. Bir idmançı kimi mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Mən 5 yaşımda konki sürməyə başladım və 21 ildir ki, konki sürməyə davam edirəm. Keçmiş idman karyeram üçün çox xoşbəxtəm”, – deyə Şoma Uno yazıb.

O bildirib ki, mayın 14-də mətbuat konfransı keçirəcək və orada gələcək fəaliyyəti barədə danışacaq.

Aut.az