“Sumqayıt” rəsmisi hakimi təhqir etdiyi üçün cəzalandı
AFFA İntizam Komitəsi “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynovu 5 oyunluq cəzalandırıb.
Aut.az xəbər verir ki, buna onun Əvəzedicilər Liqasının XXXIII turunda “Kəpəz-2” ilə matçda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
“Gənclik şəhəri” təmsilçisi isə 400 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 3:1.
