Zidan “Bavariya” məsələsini bağladı
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Bavariya”ya mümkün təyinatı ilə bağlı informasiyalara münasibət bildirib.
Aut.az xəbər verir ki, o, bir müddətdir yayılan şaiyələrə görə ünvanlanan suala qısa şəkildə cavab verib.
“Gələcəkdə “Bavariya”ın baş məşqçisi olacağammı? Yox. Sadəcə onun “Real” ilə oyununa baxacam. Ümid edirəm ki, Madrid klubu qalib gələcək”, – deyə Zidan bildirib.
