Məşhur aktyor İngiltərə klubunu aldı
Məşhur amerikalı aktyor Uill Ferrell “Lids”in ortaq sahibi olub.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Los Angeles”in ortaq sahibi olan Ferrell “İngilis futboluna aşiq olduqdan” sonra “Lids”də əsas payı alıb.
İngiltərənin üçqat çempionu olan “Lids” Çempionşipdə üçüncü yeri tutub və Premyer Liqaya yüksəlmək üçün pley-offun yarımfinalında “Norviç”lə qarşılaşacaq.
Aut.az
