Futbolda unikal nəticə: 50-0
İdman və Turizm Nazirliyinin tabeliyində olan Belarus II Liqasının təmsilçisi “ Miory ” “Rosson” komandasını 50:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, “Miory” birinci hissədə 24, ikinci hissədə 26 qol vurub. Bu, Belarus futbolu tarixində ən böyük qələbədir.
Belə bir qarşılaşma İdman və Turizm Nazirliyi ilə Belarus Futbol Federasiyası (ABFF) arasında ölkənin üçüncü güclü divizionunun kimin himayəsi altında və hansı formatda keçiriləcəyi ilə bağlı münaqişə nəticəsində mümkün olub. Nəticədə İdman Nazirliyi faktiki olaraq özünün İkinci Liqasını yaradıb.
Yeni formatda turnir oyunlarına aprelin 27-28-də rayon birincilikləri ilə start verilib. İdman Nazirliyi komandaların ümumi sayının əvvəlkindən daha çox – 130-dan çox olacağını bəyan edib.
Aut.az
