Azərbaycan futboluManşet

AFFA qərar verdi: Premyer Liqada komanda sayı artırılır?

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək komanda sayı müəyyənləşib.

Aut.az-ın əldə etdiyi məlumata görə, elitada komanda sayı dəyişməyəcək. AFFA 2024/25 mövsümündən elitada iştirakçı sayını artırmağa çalışsa da, vəziyyət buna imkan verməyib.

Daha doğrusu bu yöndə fəaliyyət və araşdırma aparılıb. Ancaq Birinci Liqada mübarizə aparan klubların infrastruktur baxımından ciddi problemlər yaşaması federasiyanın əl-qolunu bağlayıb. Belə vəziyyətdə federasiyanın yeni rəhbərliyi kəmiyyət deyil, kefiyyətin artırılmasına üstünlük verib.

Qurum aşağı liqa klublarının infrastruktur, stadion və sponsor məsələlərinin həllini gündəmdə saxlamağa çalışacaq. Yalnız problemlər həll edildikdən sonra Premyer Liqada komanda sayı artırılacaq.

Aut.az