Dünya futbolu

Çempionat oyununda görün nələr yaşanıb: Üzümə sidik tökdülər

Qana Premyer Liqasının 28-ci turunda “Hearts of Lions” – “Beçem Yunayted” matçında (1:1) qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, qarşılaşma zamanı meydan sahiblərinin çalışdırıcısı Bəşir Hayfordla bağlı şok vəziyyət yaranıb. İddialara görə, məşçqi qonaq azarkeşlərinin hücumlarına məruz qalıb.

Zərərçəkmişin sözlərinə görə azarkeşlər tribunadan ona tüpürüb və üzərinə sidik töküblər. Hadisə oyunun ikinci hissəsində baş verib.

Qana Futbol Assosiasiyasının nizam-intizam komitəsi Hayfordu nalayiq davranışda ittiham edib. O, ittihamlara görə mayın 6-dək cavab verməlidir.