Azərbaycan futbolu

“Səbail” turnirin qalibi oldu

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan futbol turniri keçirilib.

Aut.az xəbər verir ki, turnir 2015-ci il təvəllüdlü uşaqlar arasında baş tutub.

Yarışda ümumilikdə 8 komanda iştirak edib. Final matçına isə “Səbail” və ROFM komandaları vəsiqə qazanıb.

Həlledici qarşılaşmada rəqibinə 4:3 hesabı ilə qalib gələn “Səbail” turnirin qızıl medallarına sahib çıxıb.