İngiltərə

Sensasion iddia: “Yunayted” onu satır, sərfəli təklif gözləyir

 “Mançester Yunayted” son vaxtlar ümidləri doğrultmayan yetirməsi Markus Raşfordu satmağa hazırdır.

Aut.az xəbər verir ki, sensasion iddianı Britaniya mətbuatı yayıb.

Ulduz oyunçu bu mövsüm 40 matçda 8 qol vurub, baxmayaraq ki, Reşford ötən mövsüm bütün yarışlarda 30 qola imza atıb. Məhz bundan sonra Markus 5 illik müqavilə təklifi aldı.

“Mançester Yunayted” hələ də hücumçunun öz formasına qayıdacağına və qol vuracağına ümid edir, lakin klub yenidən strukturlaşma çərçivəsində oyunçunu satmağa açıqdır.

Aut.az