Digər

Azərbaycan Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq

Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq

Aut.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib:

“Ölkəmiz mötəbər yarışa 8-ci dəfədir evsahibliyi edir. İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər”.

Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.