Ronaldo klubunun səhmlərini satdı: Bu qiymətə
Əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazario sahibi olduğu Braziliyanın “Kruzeyro” klubunun səhmlərinə nəzarət paketini satdığını açıqlayıb.
Aut.az xəbər verir ki, o, bu satışdan 109 milyon avro qazanıb.
Keçmiş futbolçu ikinci klubu olan – İspaniya təmsilçisi “Valyadolid”i də satacağını açıqlayıb. “”Valyadolid” növbəti olacaq”, – deyə “yekədiş” “Marca”ya bildirib.
Qeyd edək ki, 47 yaşlı veteran futbolçu Braziliya millisi ilə ikiqat dünya çempionu və iki dəfə “Qızıl top”un qalibidir.
Aut.az
