Basketbol

Özünə 3 illik müqavilə təklif edildi: Oğlunu da…

MBA əfsanəsi Lebron Ceyms” Los Anceles Leykers”dən üç illik yeni müqavilə təklifi alıb.

Aut.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Bu anlaşmanın sonunda Ceymsin 42 yaşının tamam olacağı da  klub rəhbərliyini qətiyyən narahat etmir

Müqaviləyə əlavə olaraq, klub 2024-cü il layihəsində Lebronun oğlu Bronni Ceymsi draftdan seçməyə hazırdır. Basketbolçu oğlu ilə birgə oynamaq çox istəyir və “Lakers” aparıcı oyunçularından birinin arzusunu yerinə yetirməyin əleyhinə deyil.

“Los Anceles” seriyada “Denver”ə 1:4 hesabı ilə uduzaraq cari pley-off mərhələsini ilk raundda başa vurub.

Ceymsin 2024-cü il Olimpiadasında oynayacağı məlumdur. O, artıq ABŞ yığmasının siyahısına salınıb.

Aut.az