AUT.AZ

Klopp Salahla mübahisəsindən danışdı: Paltardəyişmə otağında…

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 35-ci turunda “Vest Hem”lə heç-heçə etdikləri oyundan (2:2) sonra komandasının hücumçusu Məhəmməd Salahla arasında yaranan mübahisədən danışıb.

Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis bu sözləri deyib:

“Dediklərini açıqlaya bilərəmmi? Yox. Artıq bu hadisə haqqında paltardəyişmə otağında danışdıq. Mənim üçün hər şey keçmişdə qalıb”.

Qeyd edək ki, 79-cu dəqiqədə Klopp eyni anda üç futbolçunu dəyişmək qərarına gəlib. Meydançaya çıxanlar arasında Məhəmməd Salah, Darvin Nunyes və Co Qomez olub. Futbolçular oyuna daxil olmaq üçün icazə gözləyərkən Salahla Klopp arasında münaqişə yaşanıb.
Exit mobile version