“Barsa”nı istəmir, bu çempionata qayıtmaq niyyətindədir
Tomas Tuxel “Bavariya”dan ayrıldıqdan sonra Premyer Liqa klubuna rəhbərlik etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, Tomas Tuxel “Barselona”nın marağına baxmayaraq, bu yay Premyer Liqaya qayıtmağa üstünlük verəcək. ütəxəssis Kataloniya klubuna keçmək ehtimalını istisna etməyib, lakin o, “Barsa”nın maliyyə sabitliyindən, xüsusən də transfer vəsaitinin çatışmazlığının heyəti gücləndirmək planlarına mane ola biləcəyindən narahatdır.
Daha əvvəl 50 yaşlı mütəxəssislə “Mançester Yunayted”in maraqlandığı bildirilirdi .
Tomas Tuxel 2021-2022-ci illərdə “Çelsi”ni çalışdırıb. Alman mütəxəssisin rəhbərliyi altında klub Premyer Liqada 4-cü olub və Çempionlar Liqasında qələbə qazanıb.
Aut.az
