İtaliya

Şevçenko bu derbiyə görə müraciət yaydı

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Şevçenko A seriyasında “İnter”lə oyun ərəfəsində sabiq komandası “Milan”ın futbolçularına  müraciət edib.

Aut.az xəbər verir ki, Şeva bu barədə sosial şəbəkədə yazıb.

“Milan derbisi mənim üçün həmişə xüsusi matçdır. Meydanda çoxlu xatirələr və duyğular var. Bu dəfə onları bir qədər uzaqdan yaşayacağam, amma eyni emosiya ilə.

Uğurlar, uşaqlar. Bu rənglər və bu fantastik fan bazası üçün hər şeyi verin. Həmişə olduğu kimi, rəqiblərə də hörmətlə yanaşıram”, – Şevçenko yazıb.

İtaliya çempionatının 33-cü turunun “Milan” – “İnter” oyunu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Aut.az