Şahruddinin komandası bir xala razı oldu
Türkiyə Super Liqasında XXXIII turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, ilk oyun günü bir qarşılaşma keçirilib.
“Beşiktaş” “Ankaragücü”nü qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” bu turda səfərdə “Samsunspor”la heç-heçəyə razılaşıb.
“Karagümrük”ə uduzan “İstanbulspor”un isə elitadan düşəcəyi dəqiqləşib.
Super Liqa
XXXIII tur
19 aprel
Beşiktaş – Ankaragücü 2:0
Qollar: E.Muçi, 18. C.Muleka, 67.
20 aprel
İstanbulspor – Karagümrük 1:2
Qollar: R.Koli, 85 – G.Yalçın, 86, S.Fequli, 90+7 (pen.)
Konyaspor – Alanyaspor 0:2
Qollar: F.Haderqonay, 45+1, K.Eduardo, 90+2
Samsumspor – Adana Demirspor 1:1
Qollar: L.Dimata, 90+2 – S.Mendoza, 41
Kayserispor – Trabzonspor 1:2
Qollar: M.Burabia, 87 – E.Destan, 24, N.Pepe, 58
21 aprel
14:30. Başakşehir – Rizespor
20:00. Antalyaspor – Hatayspor
20:00. Qalatasaray – Pendikspor.
20:00. Qaziantep – Kasımpaşa
22 aprel
21:00. Sivasspor – Fənərbağça
