Qızlar komandası oğlanlar çempionatının qalibi oldu: Özü də…
İngiltərədə qızlardan ibarət komanda 12 yaşadək oğlanlar arasında keçirilən turnirin qalibi olub.
Aut.az xəbər verir ki, “Kuiniz Park Leydiz” Bornmut Gənclər Futbol Liqasının üçüncü divizionunu birinci yerdə başa vurub.
Komanda 18 qələbə qazanaraq, 4 dəfə heç-heçə edib və turniri məğlubiyyətsiz bitirib.
Qadınlardan ibarət komanda 61 qol vurub, 11 qol buraxıb. Komanda 58 xal toplayıb, ən yaxın rəqibini 16 xal geridə qoyub.
Maraqlıdır ki, əvvəlcə yerli futbol assosiasiyası qadınlardan ibarət komandanı kişilərin turnirinə buraxmaq istəməsə də, komandanın baş məşqçisi Tobi Qrin rəhbərliyi inandırıb ki, onun komandası oğlanlarla bərabər rəqabət aparacaq.
Aut.az
