İngiltərə

Qapıçı qəza törətdi: İttiham irəli sürüldü

“Lids”in gənc norveçli qapıçısı Kristoffer Klaesson avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, hadisə Norveçin Berger şəhərində olub. “Lids”in qapıçısı BMW M5 CS markalı avtomobilini qoruyucu dirəyə çırpıb.

Norveç mətbuatı xəbər verir ki, təcili yardım onu ​​dərhal xəstəxanaya aparıb və o, sürət həddini aşmaqda ittiham olunacaq.

Lillestrm polis idarəsinin istintaq şöbəsinin rəhbəri Björn Brattenq bildirib ki, qapıçının sürücülük vəsiqəsi ləğv edilib.

Onun sərxoş vəziyyətdə avtomobil idarə edib-etməməsi hələ müəyyən edilməsə də, sürət həddini aşdığı dəqiqdir.

Aut.az