Bu oyundan sonra təhdid olunur: Anasının bətnində olan qızının…
“Barselona”nın sağ cinah müdafiəçisi Joao Kanselo Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunundan (1:4) sonra çoxlu təhdidlər almağa başlayıb.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
“Sosial şəbəkələrdə anasının bətnində olan qızımın ölümünü arzulayan şərhlər var. Təbii ki, problem yaşayacaqları üçün bunu üzümə deməyəcəklər, amma şərhlərdə istədiklərini deyirlər.
Həyat yoldaşımı, gələcək qızımı təhqir edirlər. Bu gün dünya ağırdır və siz onunla necə davranacağınızı bilməlisiniz. Uşağın ölməsini arzulamaq çox ciddi məsələdir. Qoy məni bir futbolçu kimi tənqid etsinlər, amma ailəm haqqında danışmasınlar. Qoy mənim haqqımda bir oyunçu kimi danışsınlar, amma insan kimi deyil”, – Kanselo bildirib.
Xatırladaq ki, Kanselo PSJ-nin cinah oyunçusu Usman Dembele qarşı kobud oynadığı üçün “Barsa”nın qapısına penalti təyin edilmişdi.
Aut.az
