Onunla təkcə “Bavariya” maraqlanmır: Yaxın 5-7 gün ərzində qərar veriləcək
Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmannın agenti Volker Strut müştərisinin gələcəyi barədə danışıb.
Aut.az xəbər verir ki, şayiələrə görə, Avropa çempionatından sonra 36 yaşlı mütəxəssis “Bavariya”ya qayıda bilər.
“İndi hamı mənə eyni sualı verir: “Naqelsmann “Bavariya”ya qayıdacaqmı?” və ya “O nə edəcək?” Bu məsələ yaxın 5-7 gün ərzində müəyyənləşəcək.
Maraqlı tərəflərlə əlaqəmiz olmadığını söyləmək tamamilə cəfəngiyat olardı. Ancaq bir şeyi deyə bilərəm – bu, təkcə “Bavariya” deyil.
“Müzakirə aparmırıq” demək medianı ələ salmaq olardı. Təbii ki, müzakirələr davam edir. Yulian özü də aprel ayında gələcəyi ilə bağlı qərar verəcəyini söylədi” deyə Ştrut “Spielmacher” EM podkastında bildirib.
Aut.az
