Dünya futbolu

“Əl-Hilal”ın dünya rekordu BƏƏ-də qırıldı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk səfər oyununda BƏƏ-nin “Əl-Ayn” klubuna (2:4) məğlub olub.

Aut.az xəbər verir ki, qalib komandada Sufian Rəhimi het-trik edib, daha bir qolu isə penalti zərbəsindən Alexandro Romero vurub. Qonaqların heyətində Malkom və Salem Əl-Dəvsəri hərəyə bir qol vurub.

Beləliklə, “Əl-Hilal”ın bütün turnirlərdə qazandığı ardıcıl 34 oyunluq dünya rekordu qırılıb.

Aut.az