Azarkeş rekordları qırıldı: İnanılmaz göstəricilər
Milli Basketbol Liqasının müntəzəm mövsümünün nəticələrinə əsasən bir neçə yüksək azarkeş göstəriciləri qeydə alınıb.
Aut.az xəbər verir ki, matçları ümumilikdə 22 536 341 tamaşaçı izləyib. Bu göstərici ötən mövsümün müntəzəm mövsümünün rekord nəticəsini üstələyib. Oyunlara orta hesabla 18 322 (2022/2023-cü illərdə 18 077) nəfər izləyib. Arenaların 98% dolu olub. Bundan əlavə, 872 oyuna bilet tam olaraq satılıb. Ötən il bu rəqəm 791 olub.
10 liqa klubu ev oyunları üçün bütün biletləri satıb. Bunlar “Boston”, “Klivlend”, “Dallas”, “Denver”, “Qolden Steyt”, “Mayami”, “Minnesota”, “Filadelfiya”, “Feniks” və “Sakramento”dur.
Aut.az
