“Beşiktaş” 4-5 həftəlik məşqçi tapdı: Görün kimdir
Mirça Luçesku Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik etməyə razılaşıb.
Aut.az xəbər verir ki, 78 yaşlı rumıniyalının yaxın 4-5 həftə ərzində komandaya rəhbərlik etmək üçün “qartallar”la razılığa gəldiyi bildirilir. Luçesku məlumatı şərh etməkdən imtina edib.
Mirça Luçesku artıq “Beşiktaş”a rəhbərlik edib. Bu, 2002-2004-cü illərdə baş verib. O, “qartallar”la 2002/2003 mövsümündə Türkiyə çempionluğunu qazanıb.
“Beşiktaş” aprelin 14-də 2024-cü ilin yanvarından komandaya rəhbərlik edən portuqaliyalı məşqçi Fernando Santosu istefaya göndərib.
Aut.az
