Ağayeva Putinə “xuliqanlıq edibsiniz” sualını verdi: Bu cavabı aldı
Rusiyalı fiqurlu konkisürən Mariya Ağayeva Rusiya prezidenti Vladimir Putinlə söhbəti haqda danışıb.
Aut.az xəbər verir ki, Ağayeva bu barədə Match TV -yə müsahibəsində bildirib.
“Bəli, bu hadisə 2017-ci ildə “Sirius”da olub. Təlim-məşq toplanışına getdik, orada forum keçirildi və bizi maraqlandıran suallar verdik. Soruşdum ki, uşaqlıqda tez-tez əylənib, xuliqanlıq edibsiniz? Bir az narahat idim, balaca idim və nə soruşacağımı bilmirdim, ona görə də ağlıma öncə gələn bu sualı verdim.
Özümü çox yöndəmsiz və eyni zamanda gülməli hiss edirdim. Putinin cavabı belə oldu: “Əlbəttə, xuliqanlıq etmişəm və bunu sənə də arzulayıram”. Bu xatirə həmişə mənimlə qalacaq. Valideynlərim buna baxdılar və yəqin ki, sevindilər”, – Ağayeva bildirib.
Ötən mövsüm 15 yaşlı Mariya Ağayeva Rusiya çempionatında 9-cu, Spartakiadada isə 7-ci yeri tutub.
Aut.az
