İngiltərə

Qumarbaz olduğu sübut edilməsə, “Siti” onu yayda alacaq

“Mançester Siti” “Vest Hem”in 26 yaşlı hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa ilə müqavilə bağlamaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu, o halda mümkün olacaq ki, FA transfer pəncərəsi bağlanmazdan əvvəl mərc oyunlarının pozulması ilə əlaqədar oyunçu ilə bağlı araşdırmanı dayandırsın. Bu barədə “The Guardian” məlumat yayıb.

Mənbəyə görə, Paketanın müqaviləsində digər klubların onu iyun ayından etibarən 85 milyon funt sterlinqə (99,4 min avro) almasına səbəb olacaq bənd var.

Xatırladaq ki, Paketa bu mövsümün əvvəlində mərc qaydalarını pozmaqda şübhəli bilinirdi.

Bu mövsüm Paketa bütün yarışlarda 37 matçda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Aut.az